“Dialoqda irəliləyişə nail olmağa çağırış edirik”
02.12.2021
ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.
Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.
"Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik”, - o deyib.