Nurəddin Nəbati naziri təyin edilib
02.12.2021
Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə hökumətinin tərkibində dəyişiklik olub.
Türkiyənin "Rəsmi qəzetə”si xəbər verir ki, Nurəddin Nəbati Türkiyənin xəzinə və maliyyə naziri təyin edilib.
Qeyd edək ki, son vaxtlar Türkiyənin milli valyutası olan türk lirəsinin məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi ictimaiyyətdə ciddi narahatlıq yaradır. Hökumət isə əmin edir ki, görülən tədbirlər ən qısa zamanda nəticə verəcək.