Erməni dəstə başçısı həbs edildi
01.12.2021
Ermənistanda "Sisak” adlı silahlı dəstənin başçısı Aşot Minasyan həbs edilib.
Bu barədə onun vəkili Miqran Poqosyan Feysbuk səhifəsində yazıb.
Vəkil bildirib ki, müvəkkilinn həbsi hökumətin sifarişidir.
Qeyd edək ki, Aşot Minasyan Azərbaycanın Qarabağ bölgəsinin işğalında və 44 günlük döyüşlərdə Ermənistan silahlılarının sırasında iştirak edib. O, Nikol Paşinyana sui-qəsd təşkil etməkdə ittiham olunurdu.