21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çavuşoğlundan Rusiyaya dəstək

01.12.2021


Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən iclasında deyib.

"Bizim fikrimizcə, sanksiyalar problemləri keçmişdə həll etmədiyi kimi, indi də həll etməyəcək. Biz müxtəlif ölkələrə, bəzən də Türkiyəyə sanksiyaların necə tətbiq edildiyini gördük, lakin bu, problemi həll etmir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə düzgün balans tapmaq lazımdır:

"Əgər sanksiyalar əvəzinə dözümlülüyü seçsək, o zaman bu, məqsədyönlü olmalıdır. Biz Türkiyə olaraq dözümlülük və dialoq arasında düzgün balansa inanırıq. Yalnız sanksiyaların köməyi ilə biz nə Ukrayna, nə də başqa ölkəyə kömək edə biləcəyik”.