Türkiyə İrandan qaz idxal edəcək
27.11.2021
Türkiyə dekabrda ilk dəfə olaraq İran-Gürbülak təbii qaz xəttindən gündəlik 5,5 milyon kubmetr spot qaz idxal edəcək.
Bu barədə Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb.
Bildirilir ki, bu gün keçirilən müsabiqədə "Neft Emalı Mərkəzi və Neft Məhsullarının İdxal-İxracı” şirkəti İran-Gürbülak təbii qaz xəttindən dekabrda ümumilikdə 170 milyon kubmetr qaz idxal etmək hüququ qazanıb.
Beləliklə, Türkiyə ilk dəfə olaraq İran-Gürbulak giriş nöqtəsindən qaz idxal edəcək. Sözügedən şirkət lazımi prosedurları yerinə yetirərək dekabrın 1-dən idxala başlayacaq.