Gürcüstanda son gün 74 nəfər koronavirusdan ölüb
26.11.2021
Gürcüstanda son sutka ərzində daha 4 534 nəfər koronavirusa yoluxub, 74 nəfər isə pandemiyanın qurbanı olub.
DM xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilir ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 831 248-ə, sağalanların sayı 772 301-ə, bu virusdan ölənlərin sayı isə 11 810-a çatıb.
Qeyd olunur ki, hazırda ölkədə 47 111 aktiv koronavirus xəstəsi var.
Bundan başqa, 1166 nəfər klinik otellərdə, 58 nəfər karantində, 42781 nəfər isə özünütəcrid rejimindədir.