Polis özünü güllələyib
25.11.2021
Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
DİN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.
Hazırda məsələ araşdırılır.
Unikal.org-un yazdığına görə, R.Mütəllimovun bir müddət öncə psixoloji problemlərdən əziyyət çəkdiyi üçün DİN-in Hospitalında müalicə alıb.
Bir övladı var.