Dünyanın ən çirkli şəhəri
24.11.2021
Dünyanın ən çirkli atmosferi olan şəhərlərin siyahısına Pakistanın Lahor şəhəri başçılıq edir. Hazırda Lahorun havasında PM2.5 hissəciklərinin konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının illik standartlarından 38,6 dəfə yüksəkdir.
Axar.az xəbər verir ki, bu barədə İsveçrənin hava keyfiyyətinin onlayn monitorinq platforması "IQAir” məlumat yayıb.
Məlumatına görə, dünyanın ən çirkli şəhərləri siyahısında ikinci yeri Monqolustan paytaxtı Ulan-Bator, üçüncü yerdə Hindistanın Kəlküttə şəhəri, dördüncü yerdə isə Yeni Dehli qərarlaşıb. Beşinci yerdə Pakistanın başqa bir şəhəri - Karaçidir.
AQI hava keyfiyyəti indeksinə əsasən, 301-dən yuxarı çirklənmə səviyyələri sağlamlıq üçün təhlükəli hesab olunur.