21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bayramov Banqladeş səfiri ilə görüşdü

24.11.2021


Xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkeri qəbul edib.

Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir yeni təyinatı münasibətilə Banqladeş səfirini təbrik edib. O, ölkələr arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və bir-sıra sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Azərbaycan və Banqladeşin beynəlxalq platformalarda əməkdaşlığı vurğulanıb.

Səfir Qousal Azam Sarker ölkəsinin ikitərəfli ənənəvi bağlar üzərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, siyasi və mədəni sahələrdə münasibətərin inkişafından məmnunluqla danışıb və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğunu söyləyib.

Tərəflər iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən insanlar arasında əlaqələr, təhsil, turizm, sənaye və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də qlobal çağırışlara cavab olaraq, o cümlədən pandemiya ilə mübarizədə atılan addımlar, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq, bu xüsusda Banqladeş tərəfindən keçmiş münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verilən dəstək, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.