Uçan naməlum obyektlər yeni üsulla izlənəcək
24.11.2021
ABŞ uçan naməlum obyektləri (UNO) yeni üsulla izləməyə başlayacaq.
Belə ki, Pentaqon UNO-ları izləmək üçün İşçi Qrupu təşkil edib, artıq Müdafiə Nazirliyinin strukturunda bununla bağlı yeni bölmə olacaq.
Yeni struktura daha uzun ad veriləcək - Hava obyektlərinə yaxınlaşmanın identifikasiyası və sinxronlaşdırılması üçün qrup (AOIMSG).
Mətndə o da aydınlaşdırılır ki, Müdafiə Nazirliyi hər hansı hava obyektlərinin müdaxiləsi ilə bağlı xəbərləri çox ciddi qəbul edir və onların hər birini araşdırır.