Türk ölkələrinin nazirləri Bakıya gəlir
23.11.2021
Nizami Gəncəvi Beynəlxalq Forumunda Türkiyə və Özbəkistan mədəniyyət nazirləri, o cümlədən 30-a yaxın ölkəni təmsil edən alimlər iştirak edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
Elnur Əliyev bildirib ki, 3 gün davam edəcək forumda xaricdən gələn alimlər Nizami Gəncəvinin onların ölkəsində idarəçiliyin və ədəbi janrın formalaşmasına olan təsirindən danışacaqlar:
"Forumu keçirməkdə məqsədimiz Nizami Gəncəvinin əhatə dairəsini, onun böyük bir bölgədə ədəbi-fəlsəfi fikrin formalaşmasında müstəsna rol oynadığını göstərməkdir”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş "Nizami Gəncəvi İli” çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) 24-26 noyabr tarixlərində keçiriləcək.