"Heç də təəccüblənmədim"
23.11.2021
Fransa Milli Assambleyasında Senatın rəsmi şəxslərinin erməni separatçılarını qəbul etməsi birmənalı qarşılana bilməz. Mən bu məlumatı oxuduqda heç də təəccüblənmədim. Çünki Fransa daim belə fəaliyyət göstərib, müsəlman ölkələrinə qarşı olub.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev sual edib ki, Qarabağdakı separatçıları Parisə dəvət edən Fransa nədən Donbas və digər separatçılarla bağlı belə addım atmır.
Deputat bildirib ki, Azərbaycan Fransanı Minsk Qrupundan kənarlaşdırmağa çalışmalıdır:
"Erməni lobbisinin çirkli pulu ilə bəslənənlər heç vaxt bu addımlardan əl çəkməyəcək. Məncə, Fransa ilə münasibətlərə yenidən baxılmalıdır”.