Xüsusi nümayəndə Abdullahianla görüşdü
22.11.2021
Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regiondakı hadisələr və Suriyadakı vəziyyət müzakirə edilib.
"Astana prosesi çərçivəsində suriyalıların öz aralarında danışıqlar aparması bu ölkədəki böhranın yeganə siyasi həllidir. Suriyanın yenidən qurulması üçün Moskva və Tehranın birgə fəaliyyəti vacibdir”, - iranlı nazir deyib.