Avropada 3 müharibə ocağı var
22.11.2021
Fransanın "Ouest-France” nəşri Avropada böyük müharibənin törəyə biləcəyi 3 regionun adını çəkib.
Axar.az xəbər verir ki, nəşrin ekspertlərinin fikrincə, hazırda müharibə ocaqlarından birincisi Belarus-Polşa sərhədidir. Burada minlərlə miqrant toplanıb və Belarusla AB sərhədində ciddi narahatlıq yaşanır.
İkinci müharibə ocağı Rusiya-Ukrayna sərhədi, üçüncüsü isə Bosniya və Hersoqovinadır.
İddia edilib ki, Belarusla sərhəddə Polşa, Livta, Latviya və yaxud Belarus hərbçilərindən hər hansı birinin təsadüfü atəşi, Ukrayna-Rusiya sərhədində separatçı qurumlar, Bosniya və Hersoqovinada isə millətçi əvhal-ruhiyyə qığılcım rolunu oynaya bilər.