İrəvanda etiraz aksiyaları başladı
22.11.2021
Səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.
Aksiyaların təşəbbüskarları həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də fərdi şəxslərdir.
Məlumata görə, Vəkillər Palatasının keçmiş rəhbəri, Dirçəliş Partiyasının sədri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər.
Qeyd edək ki, Zöhrabyan bir müddət əvvəl öz Feysbuk səhifəsində azadlıq hərəkatının başlanması barədə status yazıb. O bildirib ki, aksiyanın məqsədi Ermənistanın maraqlarına zidd olan sərhədlərin demarkasiyası və delimitasiyasına mane olmaq, o cümlədən imzalanması nəzərdə tutulan sənədlərin dərcini tələb etməkdir.