Putini prezident kimi tanımayacaq
19.11.2021
Konqresmenlər Stiv Koen və Co Vilson ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə prezident seçiləcəyi təqdirdə, onu dövlət başçısı kimi tanınmamağı sənəd üzərində təklif ediblər.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Vladimir Putinin səlahiyyət müddəti 2024-cü il mayın 7-də başa çatdıqdan sonra vəzifəsində qalmaq üçün istənilən cəhdi ABŞ tərəfindən tanınmamalıdır.
Qeyd olunur ki, sənəd konqresmenlər tərəfindən bəyənilsə belə, məsləhət xarakterli olacaq.