Dünən dünyada yoluxma sayı 600 mindən çox olub
19.11.2021
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 600 mindən çox olub.
Pandemiyanın onlayn statistikasını aparan "worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 601 min 218 nəfər yeni koronavirusa yoluxub, 7 min 651 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 256 milyon 309 min 192, ölənlər isə 5 milyon 146 min 247 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (99 min 146 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1251 nəfər) Rusiyada qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (48,3 milyon), Hindistan (34,4 milyon), Braziliya (21,9 milyon), Böyük Britaniya (9,7 milyon), Rusiya (9,2 milyon), Türkiyə (8,5 milyon) və Fransada (7,3 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.