21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məşğulluq Mərkəzinin direktorunun işi məhkəmədədir

17.11.2021


İmişli rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla Elxan Rüstəmlinin həmin vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manat hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən olunub.

Elxan Rüstəmliyə Cinayət Məcəlləsinin 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Vurulmuş ziyan istintaq zamanı ödənilib.

Cinayətin törədilməsində iştirakı olmuş digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində ayrıca icraata cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.