Erməni uydurması ifşa oldu
17.11.2021
Erməni KİV-ləri sərhəddə dünən baş verən toqquşmada guya Azərbaycan əsgərinin əsir götürüldüyünü iddia ediblər.
Düşmən təbliğat maşını yalanını həqiqət kimi sırımaq üçün hətta "əsirin fotosu”nu da yayıb.
Qısa araşdırmadan sonra isə bəlli olub ki, fotosu yayılan əsgər Anar Hidayət oğlu Əliyevdir. O, 44 günlük Vətən müharibəsi zamanı yaralanaraq, əsir düşüb və əsirlər dəyişdirilərkən, ölkəmizə qaytarılıb.