Telman İsmayılovla bağlı petisiya göndərilib
17.11.2021
Rusiyada qətl və qanunsuz silah alveri ittihamı ilə qiyabi həbs edilən iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsi qərarının ləğvi üçün Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə petisiya göndərilib.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Monteneqronun Daxili İşlər Nazirliyi 22 oktyabr 2021-ci ildə Telman İsmayılova sığınacaq verilməsi barədə qərar qəbul edib. Bu qərarla razılaşmayan Rusiya daxili işlər və ədliyyə nazirləri T.İsmayılova verilən siyasi sığınacağın ləğvi proseduruna başlaması üçün Monteneqronun ünvanına müraciət göndərib.