Prezident yeni Sərəncam imzalayıb
17.11.2021
Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatı yaxşılaşdırılır - SƏRƏNCAM
Prezident İlham Əliyev noyabrın 17-də "Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı Şəhər icra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.