01 02 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"ABŞ çox narahatdır"

17.11.2021


ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanı gərginliyi azaltmaq və mümkün eskalasiyadan qaçmaq üçün tədbirlər görməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin yazılı açıqlamasında bildirilib.

"ABŞ Ermənistan və Azərbaycan arasında aktiv hərbi əməliyyatlardan çox narahatdır. Biz hər iki tərəfi gərginliyi azaltmağa və gələcək eskalasiyadan qaçmağa çağırırıq. Həmçinin hər iki tərəfi birbaşa və konstruktiv danışıqlarla mövcud məsələləri həll etməyə, o cümlədən sərhədlərin demarkasiyasına çağırırıq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya müdafiə nazirinin azərbaycanlı və erməni həmkarları ilə müzakirələrindən sonra saat 18:30-da döyüş əməliyyatları dayandırılıb.