Ermənistan təxribatlarını davam etdirir
16.11.2021
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Azərbaycan Ordusunun bölmələri Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə adekvat tədbirlər görür.