21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin etiraz edib

15.11.2021


Rəsmi Pekin Honduras Prezidenti Xuan Orlando Ernandesin Tayvan adasına səfərinə etiraz edib.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien noyabrın 15-də keçirdiyi mətbuat konfransında ölkəsinin etirazını bildirib. "Bu, Tayvan Demokratik Mütərəqqi Partiyası rəhbərliyinin beynəlxalq dəstək illüziyası yaratmaq üçün özünü aldatma fəndidir", - deyən Çin XİN-in rəsmisi əlavə edib ki, bu cür fəaliyyətlər Tayvanın Çinin tərkib hissəsi olması və Çinin birləşməsi həqiqətini dəyişməyəcək.

Qeyd edək ki, Honduras Prezidenti Xuan Orlando Ernandes Tayvandakı separatçı rejimin dəvəti ilə ötən həftə Tayvanda səfərdə olub.

İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələrə malik ölkələrin Tayvanla istənilən formada rəsmi təmasına qəti etiraz edir.