"Onları geri qaytara bilmədik"
15.11.2021
Qərb sərhədinə yaxın düşərgələrdəki miqrantları öz evlərinə qayıtmağa razı salmağa çalışdıq, lakin bu məsələdə uğurlu ola bilmədik.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, həmçinin Belarusa qarşı tətbiq edilən yeni sanksiyalara cavab verəcəyini bildirib.
Qeyd edək ki, Avropa Birliyinin Xarici Əlaqələr Şurası bu gün Brüsseldə AB-nin, xüsusən də Belarusun gündəmində olan məsələlərin müzakirəsi üçün toplaşıb.
Toplantı ilə bağlı məlumat verən AB rəsmiləri bildiriblər ki, Belarusda sanksiya siyahısına şəxs və ya qurumların daxil edilməsi üçün yeni meyarlar təsdiqlənəcək.