Vardanyan: Ermənistanda “kişi qıtlığı” yaşanır
15.11.2021
Ermənistanda son Qarabağ müharibəsindən sonra ciddi demoqrafik problemlər yaşanır. Belə ki, ölkədə kişi azlığına görə doğum sayında ciddi azalma var.
Bu barədə "The Future Armenian” (Gələcək ermənilər) kollektiv düşüncə mərkəzinin həmtəsisçilərindən olan Ruben Vardanyan danışıb.
O, Ermənistanın son müharibə zamanı itkilərindən bəhs edib, doğum sayını artırmağın 4 mümkün yolundan danışıb və diaspor nümayəndələrini ölkəyə dəvət edib.
Qeyd edək ki, Ruben Vardanyan Rusiyanın ən varlı şəxslərindən biridir və diaspor işində də çox aktivdir. Həmin toplantının video görüntülərini sizə təqdim edirik.