ABŞ nümayəndə heyəti PKK terrorçusu ilə görüşüb
15.11.2021
ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndə heyəti bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırıldığı bildirilən PKK/YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin komandiri Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinlə görüşüb.
ABŞ Dövlət Departamentinin nümayəndə heyətinə Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Ethan Qoldriç rəhbərlik edib. Onunla yanaşı görüşdə bəzi ABŞ diplomatları da iştirak edib.
Görüşdə bölgəyə ediləcək yardımların müzakirə olunduğu bildirilib. PKK ABŞ-dan onlara verilən sursat və maliyyə dəstəyinin artırılmasını istəyib.