Entoni Blinken: Məqsəd diqqəti yayındırmaqdır
15.11.2021
Lukaşenko rejiminin məqsədi regiondakı təhlükəsizliyi təhdid edib, parçalanmanı gücləndirməklə diqqəti Rusiyanın Ukrayna sərhədindəki addımlarından yayındırmaqdır.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken yazılı açıqlama yayıb.
O, həmçinin Belarusun qaçqınlardan öz maraqları üçün istifadə etdiyini əsas gətirərək, bu ölkəyə və Rusiyaya qarşı Qərb sanksiyalarının arta biləcəyi barədə xəbərdarlıq edib.