21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyada 84 milyon qaçqın, məcburi köçkün və sığınacaq istəyən var

11.11.2021


2021-ci ilin birinci yarısında dünyada qaçqınların, məcburi köçkünlərin və sığınacaq istəyənlərin sayı 82,4 milyon nəfərdən 84 milyon nəfərə yüksəlib.

Xarici KİV-lər xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işi üzrə Ali Komissarlığının Cenevrədə dərc olunan məruzəsində deyilir. Məlumata görə, insanları evlərini tərk etməsinə əsasən zorakılıq, təhlükəsizliyin olmaması və iqlim dəyişikliyi səbəb olub.

2021-ci il iyunun sonunda dünyada 20,8 milyondan çox qaçqın olub ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 172 min nəfər çoxdur. Artım ilk növbədə beş ölkənin hesabına baş verib. Belə ki, Mərkəzi Afrika Respublikasını 71,8 min nəfər, Cənubi Sudanı 61,7 min nəfər, Suriyanı 38,8 min nəfər, Əfqanıstanı 25,2 min nəfər, Nigeriyanı isə 20,3 min nəfər tərk edib. Ümumilikdə isə qaçqınların əsas hissəsi suriyalılardır – 6 milyon 748 min nəfər. Onların ardınca venesuelalılar (4,131 milyon nəfər), əfqanlar (2,61 milyon nəfər), cənubi sudanlılar (2,278 milyon nəfər) və myanmalılar (1,128 milyon nəfər) gəlir.

Qaçqınları qəbul edən ölkələr arasında isə Türkiyə liderdir. Bu ölkə 3 milyon 696 min qaçqına ev sahibliyi edib. Bu göstəriciyə görə sonra yerlərdə Kolumbiya (1 milyon 743 nəfər), Uqanda (1 milyon 475 min nəfər), Pakistan (1 milyon 438 min nəfər) və Almaniya (1 milyon 235 min nəfər) qərarlaşıb.

Cari ilin ilk altı ayı ərzində dünyada sığınacaq axtaranların sayı da artıb: hazırda bu statusa malik olan insanların sayı 4,4 milyon nəfərdir ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 300 min nəfər çoxdur.

BMT-nin qaçqınların işi üzrə Ali Komissarlığının hesabatında məcburi köçkünlərin sayının 48,6 milyon nəfərdən 50,9 milyon nəfərə yüksəldiyi və bu artımın ilk növbədə münaqişə və zorakılıq nəticəsində baş verdiyi qeyd olunur.

Eyni zamanda, cari ilin birinci yarısında 126,7 min qaçqın öz ölkələrinə qayıdıb. Bundan başqa 13 dövlətin ərazisində məcburi köçkün vəziyyətinə düşən 936 min nəfər öz evlərinə qayıdıb ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 48 faiz çoxdur.