Lukaşenko:Həyasızcasına sərhədimizə qədər gəliblər
11.11.2021
Belarus Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Dövlət Sərhəd Xidməti NATO və Polşa qoşunlarının hərəkətinə nəzarət edəcək.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko tapşırıq verib.
"Görürsünüz ki, artıq 15 min hərbçi, tank, zirehli texnika, helikopterlər, təyyarələrlə sərhədimizə qədər gəliblər. Üstəlik, həyasızcasına, heç kimə xəbərdarlıq etmədən”, - deyə Lukaşenko bildirib.