Gürcüstanda ölüm halları artıb
11.11.2021
Gürcüstanda son sutkada daha 4 563 nəfər koronavirusa yoluxub, 77 pasiyent pandemiyanın qurbanı olub.
Bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 771 381-ə, müalicə olunaraq sağalanların sayı 705 312-yə, bu virusdan ölənlərin ümumi sayı isə 10 739-a çatıb.
Hazırda ölkədə 55 304 aktiv koronavirus xəstəsi var.
Bu gün Gürcüstanda 1291 nəfər klinik hotellərdə, 43 894-ü özünütəcrid rejimində, 54 nəfər karantin rejimindədir.
Qeyd edək ki, bu günədək Gürcüstanda 2025471 nəfər koronavirusa qarşı peyvənd olunub.