21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tibbi şpris qıtlığı yarana bilər?

11.11.2021


Gələn il dünya koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi tibbi şprislərin çatışmazlığı ilə üzləşə bilər.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) xəbər verir ki, bunu ÜST-ün dərman və sağlamlıq məhsullarına çıxış üzrə baş məsləhətçisi Liza Hedman deyib.

Onun sözlərinə görə, cari ildə dünyada 6,8 milyarddan çox COVID-19 peyvəndi vurulub. İllik istehsal olunan şprislərin sayı isə 6 milyard ədəd təşkil edir.

Təşkilat rəsmisinin fikrincə, bütün dünyada bu tibbi ləvazimatın istehsalçıları istehsalı artırmaq üçün bir yol tapmalıdırlar, əgər vəziyyət düzəlməzsə, istifadə və istehsal olunan tibbi alətlərin belə nisbəti artıq 2022-ci ildə qıtlığa səbəb ola bilər. Çatışmazlıq 2 milyard şprisə bərabər ola bilər: "Qıtlıq, öz növbəsində, bütün dünyada uşaqların peyvənd edilməsində gecikmələrə səbəb ola bilər və yoxsul ölkələri iynələrdən təkrar istifadə etməyə təşviq edə bilər. Bu, olduqca təhlükəli bir təcrübədir".

Şprislərin çatışmazlığı digər xəstəliklər üçün adi peyvəndlərə də mənfi təsir göstərə bilər.