İrəvanda deputat və avtoritet öldürüldü
11.11.2021
"Kanakertsi Tuy" ləqəbli erməni kriminal avtoritet Artur Qazaryan İrəvanda öldürülüb.
Məlumata görə, polisə dünən gecə saat 02:50 radələrində paytaxtın Kanaker məhəlləsindəki evlərin birində atəş açıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis evdə iki kişinin cəsədini aşkar ediblər. Daha iki nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyü məlum olub.
Araşdırma zamanı aydınlaşıb ki, öldürülənlərdən biri "Kanakertsi Tuy” ləqəbli kriminal avtoritet Artur Kazaryandır.
Atışmanın baş verdiyi evin keçmiş deputatlardan birinə məxsus olduğu bildirilir.
Hadisəni araşdırmaq üçün istintaq qrupu yaradılıb.
"Hraparak" qəzeti ölənlərdən birinin keçmiş deputat Artuş Simonyan olduğunu yazıb. İddiaya görə, daha bir nəfər yaralanıb və hazırda xəstəxanadadır.