21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qusarda qar örtüyü 9 santimetrə çatıb

11.11.2021


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən noyabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Qəbələdə 17, Əyriçay-Başdaşağıl (Oğuz) 15, Sarıbaşda (Qax)12, Kişçayda (Şəki) 11, Qusarda 10, Gədəbəydə 9, Kürdəmir, Oğuz, Şəkidə 7, Quba, Qrızda 6, Daşkəsən, İmişlidə 5, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Qusarda 9, Qrızda 8, Sarıbaş (Qax), Xınalıqda 3, Şahdağda 2, Xaltanda 1 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Gəncədə 24, Tovuzda 22, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20, Altıağac, Astara, Ceyrançöldə 18, Şabranda 16, Ordubad, Şərurda 15, Bakıda 38, Maştağada 35, Qum adasında 33, Çilov adasında 31, Pirallahıda 30, Neft Daşlarında 29, Ələt, Binədə 28, Sumqayıtda 24 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9°, Aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan Muxtar Respublikasında 1-7° isti olub.

Qeyd edək ki, noyabrın 12-si gündüzdən etibarən və noyabrın 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.