21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rüsumlar artırılır?

10.11.2021


Azərbaycanda tütün məmulatları (siqaret) və spirtli içkilər üçün aksiz markalarının dövlət rüsumları digər ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

"Onlar ərzaq məhsulları sayılmır və hesab edirəm ki, bu sahədə rüsumların artırılması üçün hələ ki, potensial var”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir. Tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur. Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi isə hər 1 000 ədədə görə 35 manatdan 38,5 manata qaldırılır.