Rəisi: Heç bir güzəştə getməyəcəyik
04.11.2021
Sanksiyaların qaldırılması məsələsində geri addım atmayacağıq.
DM xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Simnan şəhərində ABŞ səfirliyinin işğalının 42-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
Çıxışında nüvə sazişi müzakirələrinə toxunan Rəisi hər şeyin nəticələrə əsaslandığını bildirib:
"Danışıqlar masasından ayrılmayacağıq, lakin heç bir güzəştə də getməyəcəyik".
Qeyd edək ki, İran nüvə danışıqlarına qayıtdığını və 29 noyabrda Vyanada keçiriləcək müzakirələrə qatılacağını elan edib.