Çavuşoğlu: “ABŞ-la işçi qrupu yaradacağıq”
04.11.2021
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-la işçi qrupu yaradacaqlarını açıqlayıb.
Onun sözlərinə görə müvafiq təklif ABŞ tərəfindən verilib.
"ABŞ-ın PKK/YPG ilə əməkdaşlığı, FETÖ-nün ABŞ-da olması və S400-lərə münasibəti müttəfiqlik ruhu ilə bir yerə sığmır. Biz bu problemləri həll etmək üçün işçi qrupu yaradacağıq. Bu dəfə bu təklif ABŞ tərəfindən, Co Bayden tərəfindən verilib”, - deyə Çavuşoğlu qeyd edib.