Paşinyan: “Səhiyyə sistemimiz yüklənib, xəstəxanalarda yer yoxdur, insanlar ölür”
04.11.2021
Ermənistanda koronavirus xəstələri üçün çarpayı çatışmazlığı müşahidə olunur.
Bu barədə Ermənistan hökumətinin iclasında ölkənin səhiyyə naziri Anait Avanesyan koronavirus epidemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Çarpayı fondu ilə bağlı vəziyyətin gərgin olaraq qaldığını vurğulayan ermənistanlı nazir eyni zamanda, xəstəxanaya yerləşdirilən 3000-dən çox vətəndaşın yalnız 97-nə peyvənd vurulduğunu bildirib.
Ermənistan baş naziri Nikol Paşinyan qeyd edib ki, səhiyyə sistemi həddindən artıq yüklənib: xəstəxanaya yerləşdirilməyi gözləyənlər varsa, bu o deməkdir ki, xəstəxanalarda yer yoxdur:
"Bunun nəticəsində insanlar ölür, hər birimiz faciəvi hadisələrin şahidi oluruq”.