21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya 2,7 milyon vətəndaşın ölkədən çıxışına qadağa qoyub

21.08.2018

Rusiyanın Məhkəmə Pristavları Federal Xidməti 2018-ci ilin ilk yarısı üçün hesabatını açıqlayıb.
Hesabata əsasən, yanvar-iyun ayları ərzində vergi borclarına görə 2,7 milyon vətəndaşın ölkədən çıxmasının qarşısı alınıb. Bu rəqəm bütövlükdə 2016-cı ilin göstəricisi ilə müqayisədə çoxdur. 2016-cı ildə ümumilikdə 2,3 milyon vətəndaşın ölkədən çıxmasına qadağa qoyulmuşdu. Belə görünür ki, bu il ölkədən çıxışına məhdudiyyət qoyulmuş vətəndaşların sayı keçən ilkindən çox olacaq. Ötən il bu göstərici 3,4 milyon nəfər idi.
Altı ay ərzində geri alınmış vergi borcunun məbləği isə 321 milyard rubldan (3,88 milyard manat) çox olub. Bununla belə, yol cərimələrinin məbləğində azalma qeydə alınıb, pristavlar yol hərəkəti qaydalarını pozanlardan cəmi 6,2 milyard rubl (160 milyon manat) cərimə yığa bilib.
Pristavların təqdim etdiyi statistikaya əsasən, bu, son dərəcə təsirli tədbirdir, ilin ilk altı ayı ərzində ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlar 31 milyard rubl (800 milyon manat) vergi borcunu büdcəyə ödəyib. Keçən ildə isə bütün il üzrə bundan az - 30 milyard rublun büdcəyə ödənilməsinə nail olunub.