Ərdoğan da bunu Baydenə açıq şəkildə deyib - Çavuşoğlu
04.11.2021
Birgə işçi qrupunun təklifi ABŞ-dan gəlib, müvafiq nazirliklərlə qurumun yaradılması və müzakirə olunacaq məsələlər üzərində işləyirik.
DM xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Suriyalıların geri qaytarılması ilə bağlı dörd qonşu ölkə ilə başlayan təşəbbüs Livanda hökumətin gec qurulması səbəbindən ləngiyib. İndi yenidən başladı.
ABŞ-ın PKK/YPG, FETÖ və S-400 məsələlərində mövqeyi müttəfiqlik ruhu ilə uyğun gəlmir. Ərdoğan bunu Baydenə açıq şəkildə ifadə edib”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, bundan öncə Ağ Ev S-400-lərin ABŞ və Türkiyə arasında problem yaratdığını Co Baydenin Romada Rəcəb Tayyib Ərdoğana "açıq şəkildə” dediyi barədə açıqlama yaymışdı.