Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır”
04.11.2021
"Bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirdi”.
DM xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb.
"İnkişaf edən ölkələrin bir çoxunda isə heç 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”, - deyə o əlavə edib
Onun sözlərinə görə, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu, tezliklə bitsin.