Latviya Prezidenti Azərbaycana təşəkkür etdi
04.11.2021
"Biz sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalıyıq. Pandemiya dövründə biz elmə, peyvəndə inamsızlığı görürük”.
Bunu bu gün Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.
Latviya Prezidenti Azərbaycana pandemiya ilə bağlı mübarizəyə, təşəbbüslərə dəstəyinə görə təşəkkür edib:
"Biz bir gün ya COVID-19-a qalib gələcəyik, ya da onunla yaşamağı öyrənəcəyik. İqlim dəyişikliyi ilə mübarizə COVID-19-la mübarizədən daha çətindir. Bakı Qlobal Forumu bu problemləri müzakirə etmək, onlarla mübarizə aparmaq üçün çox gözəl platformadır”.