Problemli kreditlər iki milyardı ötüb - Deputat
01.02.2018
Problemli kreditlər məsələsi artıq təhlükəli həddi keçib.
Bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında səsləndirib.
O bildirib ki, artıq problemli kreditlərin həddi iki milyardı keçib:
"Bu da ümumi portfelin 15 faizidir. Bu, artıq təhlükəli həddi keçmədir. Ona görə də parlament olaraq bu məsələyə ciddi yanaşmalı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul etməliyik”.
DM