Azərbaycanın baş prokuroru SABAH-a açıqlama verdi
04.11.2021
Azərbaycanın baş prokuroru Kamran Əliyev SABAH-a xüsusi açıqlama verib.
DM SABAH HABER-ə istinadən xəbər verir ki, ermənistanın qaldırdığı "irqi ayrı-seçkilik iddiası”ndan danışan Əliyev "Azərbaycanın 20 faiz torpaqlarını ələ keçirən dövlətin Azərbaycanı hansı haqla məhkəməyə verəcəyini anlamıram” deyib.
Qarabağdakı minalanmış məntəqələrin gələcək taleyi ilə bağlı fikirlərini bölüşən baş prokuror Əliyev "Ermənistanın baş prokuroru ilə danışdıq. Onlar bizə mina xəritələrini qısa müddətdə verəcəklər" dedi.