05 04 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya, Türkiyə və İran rəsmiləri Nur-Sultana toplaşırlar

04.11.2021

Suriya üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

Bu barədə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi məlumat yayıb.

"Bizə qarant ölkələrdən (Rusiya, Türkiyə, İran - red.) Astana prosesinin növbəti danışıqlarının təşkili ilə bağlı müraciət daxil olub, hazırda biz dəqiq tarixi razılaşdırırıq. Bu danışıqlar haradasa dekabr ayının ortalarında baş tutacaq”, - deyə Muxtar Tleuberdi vurğulayıb.

Qazaxıstanın xarici işlər nazirinin sözlərinə görə, qarant ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar.