21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dövlət başçısı Ermənistana edilən təklifləri AÇIQLADI

04.11.2021

 "Bizim hərbi imkanlarımıza gəldikdə, bu, münaqişənin həlli üçün əsas səbəb oldu. İndi isə münaqişə bitib. Artıq qeyd etdiyim kimi, tikinti işləri başlayıb. İndi biz postmünaqişə dövründəyik”. 

DM-in məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

"Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında deyil, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklifə hələ ki, cavabını almayıb. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin, bu da yenə də beynəlxalq normalarına uyğundur, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu da cavabını tapmayıb. Azərbaycan 30 illik işğala baxmayaraq, maksimal konstruktivlik göstərib”, - deyə, dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, biz gələcəyə nəzər salmalıyıq, biz təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcək təmin etməliyik:

"Ola bilsin ki, bizim təkliflərimiz haqqında siz də eşitmisiniz. Mənə elə gəlir ki, hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tamamilə aydındır. Bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq. 

Mənə elə gəlir ki, Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcək. Əgər danışıqlar illəri ərzində onlar bizə qulaq assaydı, bu gün bu vəziyyətlə qarşılaşmazdılar”.