Binəli Yıldırım dəhlizdən danışdı
04.11.2021
Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir.
DM axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq:
"Bu dəhliz İran və digər bölgə ölkələri, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq".