21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Erkən doğulan uşaqlarda hansı xəstəliklər müşahidə edilə bilər?

03.11.2021

 "37 həftədən tez doğulanlar erkən doğulan uşaqlar sayılır. Bəzən 34-37 həftəsində doğulan uşaqlar yetişmiş uşağa oxşayır və evə tez göndərilir ki, burada problem yarana bilər”.

DM xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, 37-42-ci həftə aralığında doğulan uşaqlar isə vaxtında doğulanlar hesab edilir:

"Aparılan elmi tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, bir həftə belə uşaqların inkişafı üçün çox önəmlidir. Erkən doğulan uşaqlarda ürək, tənəffüs, görmə, eşitmə sistemlərində problemlər yaranır. Bir çox hallarda infeksiyaya yoluxma halları da ola bilir. Həmçinin beyinlə bağlı bəzən beyindaxili qanamalar ola bilər. Ona görə də həmin uşaqlara yüksək səs olmaz. Ümumiyyətlə erkən doğulmuş uşaqların çox səs-küylü məkanlara aparılması məsləhət görülmür”.