Qarabağda ölən ermənilərin yaxınları yolu bağladı
03.11.2021
44 günlük müharibədə ölən və itkin düşən erməni hərbçilərinin yaxınları İrəvanda Respublika meydanı və hökumət binasını birləşdirən Tiqran Meça küçəsini bağlayıblar.
DM xəbər verir ki, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyan və bir sıra qurumların rəhbərləri ilə görüşmək istədiklərini bəyan ediblər.
Onlar bu vəziyyətə səbəb olanların hələ də tapılıb cəzalandırılmamasından narazılıqlarını ifadə ediblər.
Polis aksiya iştirakçılarını küçədən çıxarmaq istəsə də, buna nail olmayıb.
Nikol Paşinyanın köməkçisi Qagik İsaxanyan deyib ki, aksiyaçıların tələbləri baş nazirə çatdırılacaq.
Hazırda qeyd olunan küçə bağlıdır.