Gürcüstanda parlament boykot olundu
03.11.2021
Gürcüstan Vahid Milli Hərəkat Partiyası ölkə parlamentində fəaliyyətdən imtina edib.
DM xəbər verir ki, partiyanın nümayəndəsi Nika Oboladze Saakaşvili azad olunana və Konstitusiya dəyişiklikləri edilənə qədər deputatların parlamentə gəlməyəcəklərini bildirib.
"Biz parlamentdə fəaliyyətimizi dayandırırıq, amma mandatlardan imtina təxirə salınıb. İndi diqqəti genişmiqyaslı etirazlara yönəldirik ki, onlar kəskin olsun və son nəticədə hökuməti ölkəni idarə edərkən çoxluğun iradəsini nəzərə almağa məcbur etsin”, - Oboladze bildirib.
Qeyd edək ki, ötən gün VMHP-nın qurucusu, həbsdə olan eks-prezident Mixail Saakaşvili partiyanın parlament fraksiyasını parlamentin işini boykot etməyə, eyni zamanda, mandatlardan imtina etməməyə çağırmışdı. VMH fraksiyasının bu addımına Lelo Partiyası da qoşulub.